EN

“Böyük Dəbilqə”: Cüdoçumuz bürünc medal qazandı

Bakı. Trend:

Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə startverilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin6 idmançı tatamiyə çıxıb.

60 kq
Balabəy Ağayev çıxışına ikinci dövrədən başlayıb. Dauren Sukenovla(Qazaxıstan) güləşən cüdoçumuz məğlub olub.

Hüseyn Allahyarov da startda yarışla vidalaşıb. O, NikaXuzairaşviliyə (Gürcüstan) uduzub.

66 kq
Ruslan Paşayev ilk görüşdə Teo Raula (Fransa) məğlub olub.

Rəşad Yelkiyev İsmayıl Nişonboyev (Özbəkistan) və BentsePoqrantsa (Macarıstan) qalib gəlsə də, 1/4 finalda ErkembayarBattoqtoxa (Monqolustan) uduzub. Yelkiyev təsəllivericiqarşılaşmada isə Takeşi Takeoka (Yaponiya) səddini keçəbilməyib.

48 kq
Turnirə 1/4 finaldan başlayan Leyla Əliyeva Sara İştə (Almaniya)uduzub. O, daha sonra təsəlliverici görüşdə Melane Leqoya (Fransa)məğlub olub.

57 kq
Açelya Toprak Marina Azina (Kipr) qalib gəlsə də, ardını gətirəbilməyib. 1/4 finalda braziliyalı Şirlen Nasimentu təmsilçimizdənüstün olub. Təsəlliverici görüşdə Faiza Mokdar (Fransa) zədəsəbəbindən tatamiyə çıxmadığından Toprak bürünc medal uğrundayarışacaq. Onun rəqibi Flaka Loha (Kosovo) olub. Qələbə qazanancüdoçumuz burucə yiyələnib.

Chosen
24
3
az.trend.az

4Sources