EN

Fransanın dövlət borcu kəskin artdı

Fransanın dövlət borcu ikinci rübün sonunda ümumi daxili məhsulun (ÜDM) 110,5 faizindən 112 faizinə yüksəlib.

Publika.az xəbər verir ki, bu haqda Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (İNSEE) məlumat verib.

Milli Statistika İnstitutunun məlumatına görə, ölkənin səhiyyə böhranından başlayaraq, kütləvi şəkildə artan dövlət borcu aprel-iyun ayları arasında 68,9 milyard avro artaraq 3,228,4 milyard avroya çatıb.

Chosen
68
2
publika.az

10Sources