EN

“3+3” formatında XİN başçılarının III görüşü İstanbulda keçiriləcək" - Hakan Fidan

İstanbulda Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirlərinin (XİN) iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin III görüşü keçiriləcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İordaniyanın xarici işlər naziri Ayman əs-Safadi ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması “3+3” vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk. Oktyabrın 18-də İstanbulda “3+3” formatında nazirlərin üçüncü görüşü keçiriləcək. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edəcək”, - o bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakını təsdiqləyib: “Biz Sergey Lavrovun planlaşdırılan iştirakını təsdiq edirik”.

Chosen
45
21
azpolitika.info

10Sources