EN

“35 övladım var” – 30 ildir yoxa çıxan tanınmış azərbaycanlı müğənni – VİDEO

Bir zamanlar məşhur olan “7-17” mahnı müsabiqəsinin yetirmələrindən olmuş Gülnarə Kərimbəyova (Gülya Bakinskaya) MTV telekanalında yayımlanan “Solo star” verlişində iştirak üçün qatılıb.

Busaat.az xəbər verir ki, onun hazırda marketdə işçilərə yemək hazırlayıb, ailəsini dolandırdığını deməsi münsifləri və aparıcını təəccübləndirib.

Gülnarə Kərimbəyovanın marketdə çalışdığı ilə bağlı açıqlamasının ardından dedikləri daha da təəccüblə qarşılanıb:

“35 övladım var, onları yedizdirirəm”.

Aparıcı maraqla “35 övladınız var?” deyə sorduqda, müğənni marketdə yemək hazırlayıb verdiyi kollektiv üzvlərini nəzərdə tutduğunu bildirib./Titul.az

Chosen
25
18
busaat.az

10Sources