EN

Rusiya Hindistanın ən böyük neft tədarükçüsü olaraq qalır

Rusiya

Bakı, 23 oktyabr, AZƏRTAC

Rusiya Hindistanın aparıcı neft tədarükçüsü statusunu qoruyub saxlayır. 2024-cü ilin aprel-sentyabr aylarında Rusiyadan Hindistana neft idxalı ötən illə müqayisədə 2,5 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti “Vortexa” analitik şirkətinə istinadla məlumat yayıb. Bildirilir ki, Hindistan Rusiyadan dəniz nefti ixracı üçün ən böyük istiqamət olaraq qalır və Rusiya neftini endirimli qiymətlərlə alır.

Hazırda Hindistanın idxal etdiyi neftin ümumi həcmində Rusiyanın payı 39 faiz təşkil edir. İkinci yerdə 18 faizlə İraq, üçüncü yerdə 13 faizlə Səudiyyə Ərəbistanı qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin payı aprel-sentyabr aylarında əvvəlki ildəki 5 faizdən 8 faizə, ABŞ-ın payı isə 5,5 faizə yüksəlib. Hindistanın ümumi neft idxalı bu il 4 faiz artıb. Sentyabrda Rusiyadan tədarük edilən neftin həcmi avqust ayı ilə müqayisədə 6,4 faiz artaraq sutkada 1,88 milyon barelə çatıb.

Hindistan 85 faizdən çox idxal asılılığı ilə dünyanın üçüncü ən böyük neft istehlakçısıdır.

Chosen
62
15
azertag.az

10Sources