EN

Günə nə qədər qəhvə içə bilərik?

Diyetoloq Uma Naidu deyib ki, gündə iki-dörd fincan qəhvə içmək sağlamlıq üçün yaxşıdır.

Medianews.az xarici mediyaya istinadən xəbər verir ki, Naidunun fikrincə, qəhvə normada istehlak edildikdə çoxlu müsbət xüsusiyyətlərə malikdir.

Tədqiqatlara istinadən ekspert bildirib ki, qəhvə içmək idrak funksiyasını dəstəkləyə bilər. Həmçinin, canlandırıcı içkini sevənlər müxtəlif səbəblərdən içməyənlərdən daha uzun yaşayırlar. Bu fakt qəhvənin tərkibindəki mikroelementlərin beyin damarlarının tıxanmasının qarşısını ala bilməsi ilə izah olunur.

Naidu həmçinin qeyd edib ki, qəhvə süzülmüş, şəkərsiz içilməlidir. “Vücudunuzun qəhvəyə necə reaksiya verdiyinə diqqət yetirin. Əgər narahatlıq və ya yuxusuzluq yaranarsa, içkini içməyi dayandırmalısınız”, – diyetoloq yekunlaşdırıb.

Chosen
67
16
medianews.az

10Sources