EN

Ermənistanın XİN başçısı COP29-a dəvət olunub

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirak üçün dəvət alıb.

Report Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi rəhbərinin müavini Paruyr Ovannisyan deyib.

"Bu məsələ həm sülhün bərqərar olması, humanitar məsələlərin həlli, həm də tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə həsr olunmuş ən mötəbər beynəlxalq tədbirdir. Bütün şərtləri nəzərə alaraq, yaxın vaxtlarda Ermənistanın tədbirdə hansı səviyyədə təmsil olunacağına qərar verəcəyik”, - o qeyd edib.

“Mirzoyanın COP29-da iştirakının mümkün olub-olmaması ilə bağlı suala Ovannisyan “heç bir variant istisna edilmir” cavabını verib. O, əlavə edib ki, “hər şey yaxın həftələrdə baş verəcək hadisələrdən asılıdır”.

Chosen
92
50
valyuta.az

10Sources