EN

Bakı metropolitenində COP29-la bağlı hansı işlər aparılır?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə əlaqədar Bakı metropolitenində silsilə tədbirlərin davamı kimi bir sıra naviqasiya, o cümlədən təbliğat yeniliklərin edilməsinə başlanılıb.

"Aznews.az" "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, COP29 Əməliyyat Şirkətinin təqdimatında stansiyalarda tədbirin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdıran sosial xarakterli reklam posterlərinin yerləşdirilməsinə və monitorlarda yayımına başlanılıb.

"Posterlərdə COP29-un mövzusuna uyğun olaraq dünyamızı qorumaq naminə çağırışlar yer alıb", - məlumatda deyilir.

Bununla yanaşı, stansiya yollarında istiqamət göstəricilərində konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi “Koroğlu” stansiyasının nişanı üzərinə COP29-un loqotipi olan məlumat lövhələri yerləşdirilib. Əsas məqsəd iştirakçıların, xüsusən Bakı metropolitenindən az istifadə edən şəxslərin, eləcə də əcnəbilərin səmti rahatlıqla müəyyən etməsinə dəstək olmaqdır.

Chosen
82
18
aznews.az

10Sources