EN

Təkər emalı müəssisəsində yanıq xəsarətləri alan fəhlə öldü

1 həftə öncə Sumqayıtda təkər emalı müəssisəndə qaz sızmasından baş vermiş partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

Bizim.Media report-a istinadən xəbər verir ki, 23.10.2024-cü il tarixində Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən “Azreferum” QSC-də qaynaq işi görən 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev qaz sızması nəticəsində baş verən partlayışda ağır yanıq xəsarətləri alıb.

Aparılan müalicə və müayinələrə baxmayaraq Təbriz Məmmədəliyev bu gün müalicə aldığı Bakı şəhərində yerləşən Yanıq Mərkəzində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
56
8
bizim.media

9Sources