EN

"Qarabağ"ın legioneri “instaqram”da elə şeylər açıqladı ki… Heç kim bunu gözləmirdi

"Gələcək üçün çox həyəcanlıyam".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın monteneqrolu legioneri Marko Yankoviç şəxsi instaqram hesabında yazıb.

29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 100-cü oyununu keçirməsinə münasibət bildirib:

"Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdir. Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm.

Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdilər.

Dəstəyiniz üçün minnətdaram. Artıq daha çox məqsədə, qələbəyə, yeni çağırışlara, titullara və inanılmaz anlara köklənəcəyik".

"Şamaxı"ya 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XI turunun matçı Marko Yankoviç üçün əlamətdar olub.

Balkanlı oyunçu çempionatda 53 (3 qol), ölkə kubokunda 8 (1 qol), avrokuboklarda 39 (3 qol) matça çıxıb.

Chosen
56
5
sportinfo.az

9Sources