EN

Azərbaycan və BMT iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünü müzakirə edib

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında iqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"BICFIT iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi xanım Rebeka Qrinspan ilə videokonfrans formatında keçirdiyimiz görüşdə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair Yüksək Səviyyəli Görüşə hazırlığı müzakirə etdik. İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyini vurğuladıq", - deyə o qeyd edib.

Chosen
62
5
ikisahil.az

7Sources