Türkiyənin İzmir və Şanlıurfa şəhərlərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatda 8 şübhəli saxlanılıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İzmir Respublika Baş Prokurorluğu və MİT Region Müdirliyinin koordinasiyasında Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyinə bağlı qruplar FETÖ/PDY silahlı terror təşkilatında fəaliyyət göstərən şübhəlilərin tutulması istiqamətində iş aparıb.
İzmir və Şanlıurfada eyni vaxtda keçirilən əməliyyatlarda təşkilatın hazırkı strukturunda fəaliyyət göstərdiyi hesab edilən, açıqlamalarda və sosial media platformalarında təşkilat liderini tərifləyən paylaşımlarda adı keçən 8 şübhəli yaxalanıb.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı külli miqdarda rəqəmsal material ələ keçirilib.
QAZİLER.AZ