EN

Aldadılan müştərilər nə etməlidirlər? Restoran sahiblərini gözləyən CƏZA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Müştərilər getdikləri restoranda menyudan ağız dadına uyğun, şəkildə göstərilən bir neçə növ təamın toplandığı set sifariş edirlər. Lakin bəzən menyuda təklif olunanla təqdim edilən arasında böyük fərq olur".
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
"Ya porsiya az olur, ya da menyuda göstərilən dəsgaha daxil edilmir. Restorana gedib dəsgah sifariş vermişəm, yerinə başqa şey gətiriblər", - deyə sakinlər bəzi restoranların xidmətindən narazılıq bildiriblər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bu hal istehlakçıların hüquqlarının pozulmasıdır:
"Bu kimi məsələlərə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Müştəri belə hallarla qarşılaşdıqda fakt üçün foto çəkməli, kassa çekini saxlamalı və sözügedən quruma müraciət etməlidir ki, ona dəymiş zərər ödənilsin".
Daha ətraflı videomaterialda:
Chosen
30
50
oxu.az

10Sources