EN

"Buta Agro" işçilər axtarır - MAAŞ 700-1000-1300-1600 MANAT - VAKANSİYALAR

Buta Agro

İdxal, ixrac və logistika üzrə mütəxəssis

Son tarix 01 dek 2024 - [email protected]

Vəzifə öhdəliyi:

  • Mühasibatlıq şöbəsində gömrük işlərinin, idxal, ixrac sənədlərinin hazırlanması,
  • Gömrük ixrac bəyannamə sənədlərinin hazırlanması, 
  • Gömrük ödənişlərinin həyata keçirilməsi,
  • Fitosanitar və Qida təhlükəsizliyi ilə bağlı olan sənədlərin hazırlanması,
  • İdxal, ixrac əməliyyatlarının həyata keçirilməsi
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmək.

İş şəraiti:

  • İş vaxtı: həftənin 5 günü – 09:00-18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: şənbə və bazar
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Əmək haqqı: 700 -1000 AZN 
  • Ünvan: Nəsimi rayonu, Rəşid Behbudov küçəsi. 

Tələblər:

  • Ali təhsilli.
  • Gömrük işləri üzrə iş təcrübəsi mütləqdir.
  • 1 C və MC Office proqramlarında iş təcrübəsinin olması üstünlükdür.
  • Rus və ingilis dili biliyinin olması mütləqdir.
  • 25-35 yaş arası bəy namizədlər.

Müraciət qaydası

Zəhmət olmasa CV-lərinizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz. CV-ləri göndərərkən başlıq yerinə “İdxal, ixrac və logistika üzrə mütəxəssis” qeyd etməyi unutmayın.

  • Əlaqə nömrəsi +994 55 500 40 70

 

Aparıcı mühasib

 Son tarix 01 dek 2024  [email protected]

Vəzifə öhdəlikləri:

  • Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
  • ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək
  • Şənbə və bazar günü istirahət
  • Əmək haqqı: 1300 - 1600 AZN.
  • Korporativ nömrə (korporativ paket)

Tələblər:

  • Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
  • Peşəkar Mühasib Sertifikatı arzuolunandır;
  • İş təcrübəsi : Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • Logo Tiger proqramında işləmək bacarığı;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
  • İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
  • Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz. CV-ləri göndərərkən başlıq yerinə “Aparıcı Mühasib” qeyd etməyi unutmayın.

Əlaqə nömrəsi: +994 55 500 40 70

Chosen
59
1
fed.az

10Sources