EN

Rusiya qoşunları Ukraynada daha iki şəhəri ələ keçirib

Rusiya qoşunları Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirblər.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ruslar Donetsk vilayətində  Kuraxovka və Xarkov vilayətində Perşotravnevoye şəhərlərini ələ keçirib.

Məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib.

Kuraxovka kəndi Donetskdən 46 km, Pokrovskdan 30 km məsafədə yerləşir.

Perşotravnevoe kəndi Kupyanskdan təxminən 40 km məsafədə yerləşir.

Kuraxovka "Mərkəz" qoşun qruplarının hissələri, Perşotravnevoe isə "Qərb" qoşunları tərəfindən işğal edilib.

Müdafiə Nazirliyinin məlumatına görə, rus qoşunları Xarkov və Luqansk vilayətlərində Ukraynaya məxsus 5 briqadanı da darmadağın edib.

Bildirilib ki, son 24 saat ərzində Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi infrastruktur obyektlərinə hücumlar həyata keçirib. Bunlara enerji obyektləri, aerodrom infrastrukturu, yanacaq anbarı və pilotsuz təyyarələrin istehsalı emalatxanası daxildir.

Chosen
94
43
modern.az

10Sources