EN

Çexiya icazə verdi: Onlar Ukraynaya döyüşə gedir

Çexiya Prezidenti Petr Pavel 60 Çexiya vətəndaşının Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verib.
 
Axar.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Filip Platos Çex Radiosuna açıqlamasında deyib.
 
Bildirilib ki, ümumilikdə 180-dən çox çex Ukrayna ordusuna qoşulmaq üçün müraciət edib.
 
Qeyd edək ki, ölkə vətəndaşları Ukrayna Silahlı Qüvvələrinə icazə almadan qoşulduqda onları beş ilədək həbs cəzası gözləyirdi. Lakin 2022-ci ilin martında Baş nazir Petr Fiala və keçmiş Prezident Miloş Zeman Kiyev uğrunda döyüşə icazəsiz gedən vətəndaşları cəzalandırmamaq barədə razılığa gəliblər.
Chosen
19
50
moderator.az

10Sources