EN

Daha bir boksçumuz dünya birinciliyində gümüş medal qazanıb

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan boksçusu Əli Abdullayev Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində gümüş medal qazanıb.

Hafta.az xəbər verir ki, 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Abdulaziz Jurakulovla (Özbəkistan) qarşılaşıb.

Görüş üçüncü raundda hakimlərin qərarı ilə dayandırılıb və rəqib qalib elan edilib. Nəticədə Abdullayev mundialı ikinci pillədə bitirib.

Bununla da Azərbaycan millisi dünya birinciliyini 5 medalla başa vurub. Əlidən öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) gümüş, Məhəmmədəli Qasımzadə (60 kiloqram), Zidan Hümbətov (51 kiloqram) və Aynur Mikayılova (57 kiloqram) bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, yığmamız medal sayında mundiallar tarixində özünün ən yaxşı göstəricisinə imza atıb.

Chosen
28
5
hafta.az

10Sources