EN

Ukraynaya Qərbdən gələn hərbi yardımların dəyəri 100 milyard avronu keçib - Ukrayna XİN

ABŞ və Avropa ölkələrinin Ukraynaya hərbi yardımı 100 milyard avronu keçib. 

Valyuta.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga məlumat verib.

"2024-cü ilin avqustun 31-nə olan məlumata görə, ABŞ Ukraynaya 56,8 milyard avro dəyərində hərbi yardım göstərib. Eyni zamanda, Avropa ölkələrinin Ukraynaya hərbi yardımı 54,6 milyard avro təşkil edir," - o, Kiyevdə almaniyalı həmkarı Annalena Berbokla keçirdiyi mətbuat konfransında deyib.

Ukrayna müntəzəm olaraq Qərb tərəfdaşlarından əlavə hərbi yardım tələb edir və bəzən gecikmələr və yardımların kifayət etməməsi səbəbilə onları tənqid edir.

Rusiya prezidenti Vladimir Putin isə Kiyevə əlavə silah tədarükünün döyüş meydanındakı vəziyyəti dəyişməyəcəyini və yalnız münaqişənin daha uzun müddət davam etməsinə səbəb olacağını bildirib.

Rəhim

Chosen
25
50
valyuta.az

10Sources