EN

Blinken: HƏMAS Misirin Qəzza ilə bağlı sülh təklifini rədd edib...

HƏMAS yaraqlıları Qəzza zolağında qısamüddətli atəşkəs və 4 girovun azad edilməsi təklifi ilə razılaşmayıb...

Poliqon xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Dövlət katibi qeyd edib ki, Fələstin təşkilatı və İsrail üçün belə bir təkliflə Misir çıxış edib.

Dünən Blinken Misirin xarici işlər naziri Bədr Abdelatti ilə görüşüb və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

“Dövlət katibi Qəzzada müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin təmin edilməsinin və humanitar yardımın artırılmasının və stabil şəkildə çatdırılmasının vacibliyini vurğuladı”, deyə ABŞ Dövlət Departamenti bildirib.

Eyni zamanda, Blinken qeyd edib ki, HƏMAS atəşkəsi və Qəzza sakinlərinə yardımı təmin etmək üçün hətta məhdud sayda girovları azad etməkdən imtina edib.

Poliqon.info

Chosen
7
2
poliqon.info

5Sources