EN

QƏZZADA GİROVLARLA BAĞLI DAHA BİR RAZILAŞMA

İsrail və Fələstin HƏMAS hərəkatı arasında girov mübadiləsi bu ay yenidən baş verəcək.Bu barədə “Reuters” Fələstin rəsmisinə istinadən yazır."İkinci partiya birincinin ardınca gələcək. Onu təşkil etmək dörd-beş gün çəkəcək. 150 fələstinlinin əvəzində 50 israilli iştirak edəcək", - agentlik rəsminin sözlərindən sitat gətirib.Müəlliflər qeyd ediblər ki, cəmi iki əməliyyatda oktyabrın 7-də girov götürülən 240 nəfərdən 100-ü İsrailə göndəriləcək və bunun müqabilində Fələstin yəhudi dövləti ərazisində məhbus olan 300 vətəndaşı qəbul edəcək. Lakin mübadilədə yalnız yaşlılar, qadınlar və azyaşlılar iştirak edəcək.Əvvəllər bildirilmişdi ki, İsrail hökuməti və HƏMAS nümayəndələri məhbusların qarşılıqlı azadlığa buraxılması üçün razılıq əldə ediblər. Buraya qadın və uşaqların azad edilməsi, həmçinin Qəzza zolağında humanitar pauzanın yaradılması daxildir.​ E.ŞİRİNOV

Chosen
580
31
tezadlar.az

10Sources