EN

"Sabah"ın baş məşqçisi: "Bazel"lə oyunlardan çox dərs aldıq"

Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var.

"Report" xəbər verir ki, bunu "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət kollektivinin baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasında İsveçrə təmsilçisi "Bazel"ə qarşı oyundan sonra deyib.

O, uduzmaqlarına baxmayaraq, komandasının oyununda irəliləyiş olduğunu bildirib:

"Uduzsaq da, ilk oyundan sonra komandada olan irəliləyişdən razı qaldım. Cütün taleyi ilk matçda həll olunmuşdu, buna baxmayaraq, "Bazel" bu qarşılaşmada əsas heyət üzvlərinə şans vermişdi. Yüksək rəqabətli oyunun şahidi olduq. Görüşdə qapıya zərbələrin sayı bərabər idi, bəzi anlarda topu özümüzdə saxlamağı bacardıq. Məqsədimiz o idi ki, futbolçularımızın hər biri ilk oyundakından daha yaxşı çıxış etsinlər. Fikrimcə, onlar bunu bacardılar. Bəlkə də növbəti mövsümdə də UEFA Gənclər Liqasında oynaya biləcək futbolçulara şans verərək, onların müəyyən təcrübə toplamalarına şərait yaratdıq. Həmin futbolçulardan biri də bu qarşılaşmada qol vurmağı bacardı. Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var".

Qeyd edək ki, "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Bakıda "Bazel"ə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Chosen
19
3
far.az

4Sources