EN

Siyavuş Novruzovdan TƏKLİF: “Aztəminatlı ailələrin övladlarının təhsil haqlarını banklar ödəsin”

“Müstəqillik illərində Azərbaycanda 207 bank fəaliyyət göstərirdi. İndi 22 bank fəaliyyət göstərir. Hesab edirəm ki, yeni bankların, regional bankların, xarici ölkələrlə birgə bankların açılmasına ehtiyac var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin noyabrın 7-də keçirilən iclasında deyib.

O, paytaxtda valyutadəyişmə məntəqələrinin sayının az olduğunu qeyd edib:

“Azərbaycanda 60-70 valyutadəyişmə məntəqəsi var. Bazar günü isə bir valyutadəyişmə məntəqəsi işləyir. O da Fəvvarələr Meydanında var. COP29 ərəfəsində 100 minə yaxın insanın ölkəyə gəlməsi gözlənilir. Belə çıxır ki, minlərlə insan orada növbədə durmalıdır”.

“Banklar əldə etdiyi gəlirlərdən aztəminatlı ailələrin övladlarının təhsil haqlarını ödəsə, yaxşı olar. Dünya qanunlarının hamısında  bu məsələ öz əksini tapıb. Bundan əlavə, fərdi mənzillərin tikilməsinə kredit ayrılmalıdır. Hamı gedib kredit götürüb maşın alır. Maşından vacib olanı isə evdir. İpoteka krediti bunu qarşılamır, ona görə də fərdi mənzillərin tikintisi üçün kreditlərin verilməsinin tərəfdarıyam”, - deyə deputat əlavə edib.

Günay Şahmar, Bizim.Media

Chosen
8
16
bizim.media

10Sources