EN

“AzərEnerji”də Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTOLAR

Zəfər Günü ilə bağlı “AzərEnerji” ASC tərəfindən silsilə tədbirlər keçirilib. Rayonlarla yanaşı Bakıda da 44 günlük Vətən Müharibəsində şəhid olanların məzarı ziyarət olunub, şəhid ailələrinə baş çəkilib, müxtəlif tədbirlər düzənlənib.

"Unikal" xəbər verir ki, “AzərEnerji” ASC-nin Baş idarəetmə, elm, tədris və laboratoriya mərkəzində keçirilən tədbirdə “AzərEnerji” rəhbəri Baba Rzayev çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun və bütövlükdə xalqımızın yumruq kimi birləşib böyük Zəfər qazanmasının il dönümü münasibəti ilə energetikləri təbrik edib. Bildirib ki, bu 4 ildə zəfər sevincini xalqımız Qarabağ və Şərqi Zəngəzurun quruculuq və dirçəliş sevinci ilə paralel yaşayıb.

“Sözsüz ki, bu inkişaf və quruculuq işlərində energetiklərin də üzərinə böyük məsuliyyət düşür. Ona görə də Cənab Prezidentin tapşırığı ilə bu günə kimi “AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə 45 enerji obyekti - 32 su elektrik stansiyası, 12 yarımstansiya və 1 Regional Rəqəmsal İdarəetmə mərkəzi tikilərək istifadəyə verilib. Hazırda Xankəndi yarımstansiyası, Kəlbəcər, Laçın və Ağdərədə isə 6 su elektrik stansiyası tikilir”.

Tədbirdə “AzərEnerji” ASC-də çalışan bir qrup qazi və veteranlara fəxri fərmanlar verilib. Eyni zamanda Energetiklər Günü ilə bağlı ötən ay Cənab Prezident İlham Əliyev tərəfindən təltif edilən əməkdaşlara medallar təqdim olunub.

Sonda bildirilib ki, 8 noyabar Zəfər Günü ilə bağlı “AzərEnerji” tərəfindən 75 şəhid ailəsinə ərzaq qutusu daxil olmaqla pul mükafatı verilib. Eyni zamanda 20 nəfər qazi və 588 nəfər müharibə veteranına pul mükafatı göndərilib.

Chosen
65
50
unikal.az

10Sources