EN

Hakan Fidan yunanıstanlı həmkarı ilə Qafqazdakı durumu müzakirə edib - Yenilənib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis Qafqazdakı durumu da müzakirə ediblər...

“Report” xəbər verir ki, bu barədə Y.Gerapetritis birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, tərəflər həmçinin Şərqi Avropa və Yaxın Şərqdəki durum barədə də danışıblar.

***

Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Daha əvvəl bildirilmişdi ki, nazirlər bu görüşdə münasibətlərin normallaşdırılması və qarşılıqlı ticarət həcminin artırılması barədə danışacaqlar.

Poliqon.info

Chosen
56
12
poliqon.info

10Sources