EN

Bakıda Zəfər Günü münasibətilə hərbi yürüşlər keçirilib- FOTO

Image

8 Noyabr - Zəfər Günü münasibətilə Bakının müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.

Trend-in məlumatına görə, yürüşlərdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, hərbi yürüş beş marşrut üzrə keçiriləcək:

1-ci yürüş - saat 10.00-12.00, Heydər Əliyev sarayı-Nizami kino Mərkəzi – Neftçilər Prospekti – Azadlıq meydanı – Amay;

2-ci yürüş – saat 10.00-12.00, Şəhidlər Xiyabanı – Alov Qüllələri – İçərişəhər metrosu – Qala Qapısı – Kukla teatrı – Azneft dairəsi – Bəhram Gür heykəli;

3-cü yürüş – saat 10.00-12.00, Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

4-cü yürüş - saat 10.00-12.00, Olimpik Star – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Sirk – Heydər Əliyev Sarayı – Nəsimi heykəli – Neftçilər prospekti;

5-ci yürüş - saat 10.00-12.00, Nərimanov heykəli – Mərkəzi Park – Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Mərkəzi Bankı – 28 MALL.

Bundan əlavə, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərində də hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.






Chosen
5
7
baki-xeber.com

10Sources