EN

Borrell Kiyevə sonuncu səfərini etdi

Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell Kiyevdə səfərdədir.

Tribunainfo.az xəbər verir ki, bu barədə Borrel X hesabında yazıb.

O bildirib ki, bu, onun Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Ukrayna paytaxtına beşinci, AB-nin ali nümayəndəsi simasında isə sonuncu səfəridir.

“Ukraynanı dəstəkləmək mandatım dövründə şəxsi prioritetim olub və AB gündəminin əsas mövzusu olaraq qalacaq”, – o yazıb.

Chosen
49
16
tribunainfo.az

10Sources