EN

"Nədən KXDR əsgərləri Rusiyada ölməyə hazırdır?" - "The Wall Street Journal"

"Bu əsgərlər muzdlu, "top yemi" və ikinci növ adlandırılsa da, bu missiyaları onlara öz vətənlərində qaranlıq şəraitdən yaxa qurtarmaq şansi verir..."
 
KXDR əsgərlərinə erkən yaşlarından Ali Lider naminə hər şeylərini qurban verməli olduqları təlqin edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Ekspertlərin sözlərinə görə, KXDR rejimə loyal olan, məhdud təchizatla son dərəcə riskə getməyə hazır olan yüksək nizam-intizamlı əsgərlər hazırlayır.
 
Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyaya gələn Şimali Koreya döyüşçüləri muzdlu, "top yemi" və ikinci növ adlandırılır. Lakin Şimali Koreya əsgərləri və hərbi ekspertlər iddia edir ki, onlar ölümə hazırdır, çünki bu, onlara vətənlərində qaranlıq şəraitdən yaxa qurtarmaq şansı verir.
 
Nəşr yazır ki, spesifik tərbiyə səbəbindən onlar hətta evlərindən uzaqda və bəlli olmayan məqsəd uğrunda döyüşdə yüksək motivasiya nümayiş etdirə bilər. 
 
Ali lider naminə zərrə qədər də tərəddüd etməmək...
 
Sabiq Şimali Koreya əsgərlərinin sözlərinə görə, Rusiyaya göndərilən əsgərlərin demək olar ki, hamısında oxşar motivasiya var. Onlara erkən yaşlarından Ali Lider naminə zərrə qədər tərəddüd etmədən hər şeylərini qurban verməli olduqları təlqin edilir.
 
"Qoşunların yerləşdirilməsinə bütün həyatlarını Kim Çen In rejiminə pullar və şöhrət gətirmək imkanı kimi baxılacaq. Həlak olanlar qəhrəmana çevrilir, sağ qalanlar qəhrəman kimi geriyə dönür", - nəşr yazıb.
 
Nəşr qeyd edir ki, KXDR-in hətta ən yaxşı qoşunları müasir avadanlıq və resurslara malik deyil. ABŞ xüsusi təyinatlılarının ehtiyatda olan polkovniki Devid Maksvell deyir ki, Şimali Koreyanın bir çox əsgərləri, hətta xüsusi təyinatlıları belə zamanının çox hissəsini kənd təsərrüfatı və inşaat işlərində keçirir.
 
Şimali Koreya ordusunda xüsusi təyinatlılar xüsusi yer tutur. Onlar daha yaxşı qidalandırılır, infrastrukturun dağıdılması və qətllər üzrə daha intensiv hazırlıq keçir.
 
Dövlət televiziyasında belə əsgərlərin hazırlığı göstərilən kadrlarda onların əllərilə lampaları sındırdıqları və ya metal məftilləri əydikləri əks olunub. KXDR bəyan edir ki, hər bir xüsusi təyinatlı əsgər "100 düşmən əsgərinə bərabərdir".
 
Bu zaman məşqlər zamanı əsgərlər hər gün ideoloji hazırılıq üzrə məşğələlərdə mütləq iştirak etməlidir, burada onların Ali Lider uğrunda ölməyə hazır olduqları barədə şüarlar təkrarlanır.
 
"Onlar müharibədə xüsusi nəticələr əldə etmədən də qurban getməlidir. Lakin onlar Ali Liderin Rusiyaya yollanmaq əmrinə şübhə etməyə cəsarəti çatmaz", - nəşr yazıb.
 
Haqq edilən risk
 
Cənubi Koreya ordusunun sabiq general-mayoru Banq Çon Kvanın sözlərinə görə, dil maneəsi və yerli şəraiti bilməmək səbəbindən KXDR əsgərlərinə potensial olaraq piyadalar rolu ayrılıb. 
 
"Onlar böyük itkilərə məruz qalacaq, ona görə də Rusiyada onlara müasir avadanlıq və kəşfiyyat məlumatlarının veriləcəyi az ehtimaldır", - Banq deyib.
 
Eyni zamanda KXDR-in sabiq hərbçiləri deyir ki, bir çox əsgər belə riskə getməyin haqq edilən olduğunu hesab edir, çünki xarici ezamiyyət öz ölkələrində onların statuslarını yüksəldir, bu da nüfuzlu vəzifələrə çıxışa imkan verir.
 
KXDR əsgərləri Ukraynada
 
Bu yaxınlarda bəlli olub ki, Pxenyan Rusiyaya minlərlə əsgər göndərib. Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib ki, Kursk vilayətində artıq 11 min Şimali Koreya hərbçiləri iştirak edir və artıq itkilərə məruz qalıb.
 
Eyni zamanda ekspert Aleksandr Kovalenkonun sözlərinə görə, Rusiyada KXDR hərbçilərindən cəbhədə necə səmərəli istifadə ediləcəyi sonadək anlamırlar. O, qeyd edib ki, əsas problem bu kontingentlə Rusiya qüvvələri arasında qarşılıqlı əlaqədir.
Chosen
68
24
moderator.az

10Sources