EN

Haber Global: "Gələcək qlobal iqlim gündəliyi məhz Bakıda müəyyənləşəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın paytaxtı Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransı (COP29) öz işinə başlayıb. Gələcək qlobal iqlim gündəliyi məhz Bakıda müəyyənləşəcək".
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının hazırladığı silsilə reportajlarda deyilir.
Bildirilir ki, tədbir çərçivəsində hüquqi tənzimləmələrdən tutmuş, iqlimin sosial həyata təsirinədək ciddi məsələlər müzakirə olunur.
Həmçinin Bakıda qlobal iqlim hərəkatının maliyyə-iqtisadi tərəfləri də diqqət mərkəzindədir.
Reportajlarda, xüsusilə İspaniyada yaşanan son təbii fəlakət və yüzlərlə insan ölümü fonunda iqlim dəyişikliyinin əhəmiyyəti, bu istiqamətdə göstərilən səylərə Azərbaycanın töhfəsi vurğulanır.
Chosen
216
50
oxu.az

10Sources