Olaylar.az xəbər verir ki, departament söhbətdə Ukraynadakı münaqişədən bəhs edildiyini aydınlaşdırıb.
Liderlər belə qənaətə gəliblər ki, danışıqlar prosesinə başlamaq üçün səy göstərməlidirlər. Almaniya Nazirlər Kabineti həmçinin qeyd edib ki, Olaf Şolts və Vladimir Putin əlaqəni davam etdirmək barədə razılığa gəliblər.
Kreml hələ Almaniya hökumətinin Putin və Şolts arasında aparılan danışıqlarla bağlı bəyanatlarına cavab verməyib. Bundan əvvəl Vladimir Putinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla artıq əlaqə saxladığı barədə məlumatlar yayılıb. Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu xəbəri yalan adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31