Karib böhranından sonra Kreml və Ağ ev arasında yaradılmış qaynar xətt hazırda istifadə edilmir.
“Far.Az” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
O, sözügedən rabitə xəttinin fəaliyyət göstərib-göstərmədiyinə dair suala mənfi cavab verib.
“Xeyr. Rusiya və ABŞ prezidentləri arasında ünsiyyət, hətta videoəlaqə üçün xüsusi qorunan xətt var”, – Peskov qeyd edib. O əlavə edib ki, hazırda bu xətt üzərindən də hətta təcili əlaqələr də qurulmur.
Kremlin saytında verilmiş
Qeyd edək ki, “Qırmızı telefon” kimi tanınan qaynar xətt 1963-cü ildə Karib böhranından sonra ABŞ və SSRİ arasında təcili danışıqlar üçün yaradılmışdı. Son illərdə Rusiya və ABŞ prezidentləri “qırmızı telefon” əvəzinə adi qapalı xətt vasitəsilə ünsiyyət qururdular.