AZ

Rusiya Tramp dönəmi üçün ABŞ-a yeni səfir göndərir -Tək namizəd odur

Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru, Kanadadakı keçmiş səfir Aleksandr Darçiyev Rusiyanın ABŞ-dakı diplomatik missiyasının rəhbəri vəzifəsinə əsas namizəd kimi qiymətləndirilir.

OXU24.COM xəbər verir ki, bu barədə “Kommersant” məsələ ilə bağlı məlumatlı mənbələrdən öyrənib.

Bundan əvvəl “Vedomosti” də Darçiyevi bu vəzifəyə ən çox ehtimal olunan namizəd adlandırmışdı.

Xarici İşlər Nazirliyindəki mənbələr RBC-yə bildiriblər ki, Darçiyevin namizədliyi ilə bağlı qərar çoxdan verilib. Nazirlik qanuni məhdudiyyətlərə görə prosesi ictimaiyyətə şərh etməyəcək.

Noyabrın 9-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata müsahibəsində qeyd edib ki, Moskva Vaşinqtonda yeni səfir vəzifəsinə yalnız bir namizədi nəzərdən keçirir. Zaxarovanın sözlərinə görə, artıq həmin vaxt qeydiyyat prosesinə start verilib.

Oktyabrın 10-da Rusiya lideri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovu vəzifəsindən azad edib. Kreml bu addımın Moskva ilə Vaşinqton arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsi demək olmadığını vurğulayıb.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib, Demokratlar Partiyasının namizədi Kəmalə Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp Amerika dövlətinin başçısı postu uğrunda mübarizə aparıblar . Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb .

ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20- də baş tutacaq .

Seçilən
2
20
oxu24.com

10Mənbələr