EN

“Azərbaycan su ehtiyatlarının ən aşağı səviyyələrini yaşaya bilər” – Zaur Mikayılov

İqlim dəyişikliyinin su qıtlığının gücləndirilməsinə, hava şəraitinin pozulmasına, quraqlıq və daşqınların tezliyinin artırılmasına təsiri nəticəsində davamlı su idarəçiliyinə ehtiyac daha da aktuallaşır.

Bizim.Media xəbər verir ki, bunu COP29 tədbiri çərçivəsində "Davamlı Su Ehtiyatlarının İdarə edilməsində innovatov yanaşmalar" mövzusunda panel müzakirəsində çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

O bildirib ki, əhali artımı və urbanizasiya su ehtiyatlarını daha da məhdudlaşdırır və bu, təhlükəsiz, etibarlı su təchizatını təmin etmək üçün qabaqcıl həllərin qəbulunu vacib edir. Qlobal miqyasda su ehtiyatları çirklənmə, həddən artıq istifadə və mövcud iqlim dəyişiklikləri səbəbindən ciddi təzyiq altındadır.

Bu çağırışlara cavab olaraq Azərbaycan su idarəçiliyində innovativ yanaşmaları qəbul edib.

“Ölkədə adambaşına illik su ehtiyatı 3253 m³ olsa da, transsərhəd mənbələri nəzərə almasaq bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 1051 m³-ə düşür. Proqnozlar göstərir ki, 2025-ci ilə qədər Azərbaycan qlobal miqyasda adambaşına düşən yerli su ehtiyatlarının ən aşağı səviyyələrini yaşaya bilər.

Diqqətçəkən təşəbbüslərdən biri Abşeron yarımadasının alternativ içməli su mənbələri ilə təmin edilməsi üçün duzsuzlaşdırma texnologiyasının, xüsusən də Xəzər dənizinin suyunun planlaşdırılmış istifadəsidir.
 

Enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə sərmayə qoymaqla Azərbaycan su təchizatının yaxşılaşdırılması və iqlim dəyişkənliyinə qarşı davamlılığı artırmaq istiqamətində fəal addımlar atır.


Davamlı su idarəçiliyi və iqlim davamlılığı beynəlxalq miqyasda birgə fəaliyyət tələb edir. Su qıtlığı və iqlim dəyişikliyi milli sərhədləri aşan qlobal problemlərdəndir”-deyə Zaur Mikayılov qeyd edib.

Bizim.Media

Chosen
31
11
bizim.media

10Sources