EN

Elmi direktor: "Norveç iqlim dəyişikliyi ilə mübarizədə o qədər də yaxşı deyil"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Norveç iqlim dəyişikliyinin yaratdığı fəlakətlərdən əziyyət çəkir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Okeanoqrafiya Mərkəzinin (REV Ocean) elmi direktoru Aleks Rocers deyib.
O bildirib ki, danışıqlar prosesində okeanlarla bağlı mövzular da müzakirə edilməlidir:
"COP29-da yeni iştirak edirəm. Təşkilatçılıq çox yaxşıdır. Biz BMT-nin danışıqlar prosesində okeanlarla bağlı mövzuların da müzakirə predmeti olmasını istəyirik".
Aleks Rocers qeyd edib ki, Norveç iqlim dəyişikliyinin yaratdığı fəlakətlərlə mübarizədə o qədər də yaxşı deyil:
"Norveç iqlim dəyişikliyi səbəbindən daşqınlar, dəniz səviyyəsinin qalxması, qeyri-sabit hava şəraitinin olması və s. bir çox problemlərdən əziyyət çəkir. Bu problemlərin yaratdığı fəlakətlərlə özümüz məşğul oluruq. Ölkə bu fəlakətlərlə mübarizədə o qədər də yaxşı deyil. Karbon emissiyalarının azaldılması, bərpa olunan enerjinin daha da təkmilləşdirilməsi yolunda işlərin görülməsi yaxşı olar. Məhz bundan sonra iqlim dəyişikliyinə rəvac verən səbəbləri aradan götürmək mümkün olacaq".
Aygün Mirakif
Chosen
107
50
oxu.az

10Sources