EN

Macarıstan yığmasının məşqçisi huşunu itirib - Niderlandla oyun dayandırılıb

UEFA Millətlər Liqasının Niderland - Macarıstan matçında qonaq komandanın məşqçilərindən biri özünü pis hiss edib.

İdman.biz xəbər verir ki, Adam Salainin huşunu itirməsi oyunun dayandırılması ilə nəticələnib.

Həkimlərin ilkin müdaxiləsindən sonra veteran futbolçu təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. 36 yaşlı mütəxəssisin vəziyyətinin sabit olduğu bildirilib.

Qeyd edək ki, Amsterdamdakı "Yohan Kroyf Arena"sında keçirilən qarşılaşmada meydan sahibləri hesabda 1:0 önə keçiblər.

İdman.biz

Chosen
42
4
idman.biz

5Sources