EN

İsrail prezidentinin Azərbaycana gəlməməsinin əsl səbəbi məlum oldu

İsrail prezidenti İsaak Hersoqun Azərbaycana səfərinin ləğvinin əsl səbəbləri ortaya çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə Caliber.az Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbədən öyrənib. Məlum olub ki, Hersoqun Azərbaycana gəlişinin ləğvinin səbəbi heç də bəzi xarici medianın qeyd etdiyi kimi, təhlükəsizlik məsələsi deyil.

Qeyd olunub ki, dəfələrlə böyük regional və dünya tədbirlərinə (Eurovision, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Mübaliğəsiz demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan prezident Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmilərinin, o cümlədən ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də təsdiqləyir. Baş nazir Netanyahu da 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi.

Bundan başqa, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.

Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir. Əldə olunan məlumata əsasən, Türkiyə İsrail prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyub. Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar heç bir nəticə verməyib. Azərbaycan COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edir və orada bütün tərəflərin iştirakına şərait yaradır, lakin İsrail prezidentinin səfəri ətrafında vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən yaranıb.

Chosen
70
50
unikal.az

10Sources