EN

23 uşaq atası milyarder Avdeyev bütün biznesini satıb

Yazını böyüt
Yazını kiçilt

17-ni övladlığa götürdüyü 23 uşaq atası və “Forbes”in hesablarına görə 1,2 milyard dollar sərvəti olan rusiyalı iş adamı Roman Avdeyev 57 yaşında təqaüdə çıxdığını açıqlayıb. Avdeyev Rusiyadakı bütün biznes işlərinə son qoyub və Odintsovodakı evində özünü övladlarına və ailəsinə həsr etmək qərarına gəlib.

Hafta.az-ın yazdığına görə, Avdeyev “Rossiym Holding”dəki səhmlərini biznes ortağı Sergey Sudarikova satdığını açıqlayıb. İş dünyasından tamamilə uzaqlaşan Avdeyev, "Mənim daha vacib vəzifələrim var. İndi işdən kənarda ailəmə və həyatıma fikir verəcəyəm" deyib.

Avdeyev sosial şəbəkədə “Rossiym Holding”dəki 62 faizlik səhmlərini Sudarikova verdiyini açıqlayıb. Onun 2006-cı ildə təsis etdiyi holdinq Moskva Kredit Bankını (MKB) və digər sənaye aktivlərini idarə edirdi. Satışın təfərrüatları açıqlanmasa da, Avdeyev bu addımı “məntiqi qərar” kimi qiymətləndirib və uzun illər səmərəli əməkdaşlığa görə biznes ortağı Sudarikova təşəkkür edib.

Holdinqin ən mühüm aktivi Rusiyanın yeddinci ən böyük bankı və ən böyük özəl regional bankı olan Moskva Kredit Bankıdır. Lakin son vaxtlar şirkətin beynəlxalq fəaliyyətində Avropa sanksiyaları və maliyyə məhdudiyyətləri səbəbindən çətinliklər yaşanır.

Birinci həyat yoldaşından boşandıqdan sonra çoxlu uşaq övladlığa götürən Avdeyev ikinci həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra 12 uşağı ilə tək qalıb. İndiki həyat yoldaşından yenidən uşaq sahibi olan Avdeyev daha bir neçə uşaq övladlığa götürüb.

“Forbes”in məlumatına görə, Avdeyev övladlarına şirkət mirası qoymağı planlaşdırmır. Övladlarını müstəqil yaşamağa təşviq edən milyarder “Hər kəs öz yolunu tapmalıdır” deyir.

Avdeyev 1967-ci il iyulun 17-də Moskva vilayətinin Odintsovo şəhərində anadan olub. Avdeyev hələ də həyat yoldaşı və uşaqları ilə doğma şəhəri Odintsovoda yaşayır.

Chosen
53
50
hafta.az

10Sources