Aktual.az xəbər verir ki, bu barədə "Blumberq" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə lideri planını bazar ertəsi G20 liderlərinin görüşündə təqdim edəcək:
"Türkiyənin ideyası Donbasın şərq hissəsində demilitarizasiya zonasının yaradılmasını və orada beynəlxalq hərbi qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Bundan başqa, Ərdoğan Vladimir Zelenskiyə NATO-ya üzvlük müzakirəsini ən azı 10 il təxirə salmağı təklif edəcək”.
Qeyd edək ki, G20 sammiti noyabrın 18-dən 19-dək Braziliyada keçiriləcək.