EN

"Son 3 matçda oyunumuzda böyük irəliləyiş var" - Fernandu Santuş

style='margin-bottom:10px;'>

“Təbii ki, hər oyunda qələbə qazanmaq, güclü heyət qurmaq istəyirik. Son 3 matçda oyunumuzda böyük irəliləyiş var. Bütün bunlar göstərir ki, doğru yoldayıq. Bu yola davam etməliyik".

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis üç futbolçunun heyətdən kənarlaşdırılmasında sonra edəcəyi taktiki gedişlər haqda sualı belə cavablandırıb: "Taktika o qədər də vacib deyil. Əsas olan oyun fəlsəfəsidir. Amma hər oyunun xüsusi taktikası var. Ola bilər ki, bəzi dəyişiklik etdik. Rəqibə uyğun taktika qurmağa çalışırıq. Elə bir heyət olmalıdır ki, tək müdafiə olunmasın, həm də rəqib qapısı qarşısında təhlükəli hücumlar qursun. Təəssüflər olsun ki, mən bura gələndən qələbə qazana bilməmişik. Amma inanın ki, komandam hər oyuna sırf qələbə üçün çıxır. Yəni meydana tək müdafiə olunmaq üçün çıxmamışıq". 

Santuş qeyd edib ki, millidə birdən-birə gənclərşdirmə siyasəti aparmaq doğru olmaz: "Biz dəyişikliyi dərhal etsək, istədiyimizi həyata keçirə bilmərik. Əlbəttə ki, milli komanda klub kimi deyil. Klubda futbolçular daim bir yerdə olurlar. Ona görə də bir-birini yaxşı tanıyırlar. Millidə isə bu imkan olmur. Bunları nəzərdə alaraq gənc oyunçulara tədricən şans verəcəyik. Təbii ki, sabahk matçda dəyişiklik ola bilər. Hər şey gözlənilir". 
  
Təcrübəli mütəxəssis C Liqasında qalmaq şanslarını da dəyərləndirib: "Biz bunun uğrunda mübarizə aparmalıyıq. Təbii ki, heç kim oyundan qabaq nə qalib olur, nə də məğlub. Mübarizə aparacağıq. Qələbə qazanmağa çalışacağıq. Düzdür, sabah bizi güclü rəqib gözləyir, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik, yaxşı nəticə qaznacaq".
 

Chosen
60
50
teleqraf.com

10Sources