EN

"Türk Evi"nin önündə dəhşətli cinayət: iki nəfər öldürüldü, bir nəfər ağır yaralandı

Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi "Türk Evi"nin önündə bıçaqlanma hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, səhər saatlarında şəhərin Manhetten adasında fəaliyyət göstərən "Türk Evi"nin önündə 2 kişi öldürülüb, bir qadın ağır yaralanıb.

Nyu York polis departamentinin məlumatına görə, 51 yaşlı şübhəli hadisə yerində həbs olunub.

Rəsmilər şübhəlinin hər üç qurbanı təsadüfi seçdiyini bildirib.

Bıçaqlanma hadisəsinin baş verdiyi ərazi bağlanılıb, araşdırma aparılır.

Chosen
64
8
azreform.info

10Sources