EN

Abxaziya "prezidenti" istefa verib - FOTO

Abxaziya "prezident"i Aslan Bjaniya istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə Bjaniyanın mətbuat xidməti məlumat yayıb.

Danışıqlardan sonra “iqtidar” və “müxalifət” nümayəndələri arasında saziş imzalanıb, bu səbəbdən də Bjaniya istefa ərizəsini təqdim edib. 

Razılaşmalara görə, hökumət binaları kompleksinin ərazisinə toplaşan insanlar noyabrın 19-da dağılışmalıdırlar. Şərt yerinə yetirilmədiyi təqdirdə Bjaniyanın ərizəsini geri götürəcəyi bildirilib.

Həmçinin, vitse-prezident Badra Qunba “prezident” səlahiyyətlərini icra edəcəyi qeyd olunub. 

Xatırladaq ki, Abxaziyada “müxalifət” nümayəndələri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. Etiraz aksiyasının iştirakçıları Rusiya ilə investisiya razılaşmasının ləğvini və “prezident” Aslan Bjaniyanın istefasını tələb ediblər.

Zərifə Nağıyeva 

Chosen
21
25
unikal.az

10Sources