NATO ölkələri Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün silah istifadəsinə qoyulan məhdudiyyətləri götürüb-gətirməmək barədə müstəqil qərar qəbul edirlər.
Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünə gələrkən deyib.
"Nə edəcəyinə qərar vermək ayrı-ayrı müttəfiqlərin ixtiyarındadır. Mən müttəfiqlərin nə etməli olduğu barədə danışmayacağam" - baş katib qeyd edib.
Rutte həmçinin qeyd edib ki, Aİ müdafiə nazirlərinin görüşündə Ukraynaya yardımın artırılması məsələsi müzakirə olunacaq.