EN

Hokşteyn: Livanda atəşkəs üçün ciddi şans var

\"Münaqişəyə son qoymaq üçün real imkanımız var. Ümid edirik ki, yaxın günlərdə həll variantına nail olacağıq\".

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn Beyrutda baş tutan atəşkəslə bağlı danışıqlardan sonra mətbuata açıqlamasında deyib.

Livan parlamentinin sədri Nebih Berri ilə paytaxt Beyrutda parlament sədrinin iqamətgahında görüşən Hokşteyn müzakirələrin konstruktiv keçdiyini bildirib: \"Atəşkəs üçün ciddi şans var. İsrail və Hizbullah arasında hərbi əməliyyatlara son qoymaq qərarı tərəflərin əlindədir”.
 
Cəmalə
Chosen
10
22
azxeber.com

10Sources