Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxıb.
News24.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağıdır. Oyun saat 23:45-də başlayıb.
5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir.
Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün milli komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir. Bu halda belə Azərbaycan millisi öz qrupunda sonuncu olacaq (Estoniya şəxsi oyunda bizdən üstün olduğu üçün), amma xalını 4-ə yüksəltməklə ən yaxşı nəticəyə malik iki qrup sonuncusundan biri olacaq. Bu isə milli komandaya D liqasına düşməmək üçün həmin liqanın iki qrup ikincisi ilə pley-off matçında iştirak imkanı yaradacaq.
UEFA Millətlər Liqası
C Liqası, 6-cı tur
19 noyabr
23:45. İsveç - Azərbaycan - 6:0 (İkinci hissə)
Qollar: Kluşevski, 10 (1:0), Qyökereş, 26 (2:0), 37 (3:0), Kluşevski, 57 (4:0), Qyökereş, 59 (5:0), 70 (6:0)
Hakimlər: Paveł Raçzkovski, Radosłav Siejka, Adam Kupsik, Voyçex Mik (Polşa)
Solna, “Strouberri Arena”//qol.az