EN

"Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur"

Karib böhranından sonra Kreml və Ağ ev arasında yaradılmış qaynar xətt hazırda istifadə edilmir.Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında söyləyib.

O, sözügedən rabitə xəttinin fəaliyyət göstərib-göstərmədiyinə dair suala mənfi cavab verib. “Xeyr. Rusiya və ABŞ prezidentləri arasında ünsiyyət, hətta videoəlaqə üçün xüsusi qorunan xətt var”, – Peskov qeyd edib. Mətbuat katibi əlavə edib ki, hazırda bu xətt üzərindən də hətta təcili əlaqələr də qurulmur.

Kremlin saytında verilmiş məlumata görə, Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Cozef Bayden arasında son telefon danışığı 2022-ci il fevralın 12-də baş tutub.

Məlumat üçün bildirək ki, "Qırmızı telefon” kimi tanınan qaynar xətt 1963-cü ildə Karib böhranından sonra ABŞ və SSRİ arasında təcili danışıqlar üçün yaradılmışdı. Son illərdə Rusiya və ABŞ prezidentləri “qırmızı telefon” əvəzinə adi qapalı xətt vasitəsilə ünsiyyət qururdular.

Zərintac MayisqızıMissiya.Az

Chosen
21
7
missiya.az

10Sources