EN

Qaçaqmalçılıqda təqsirli bilinən sahibkarın məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Firdovsi Rafiq oğlu Hüseynzadənin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləsdirilib, ona hüquq və vəzifələri izah olunub. Məlum olub ki, barəsində ibtidai istintaq dövründə polis nəzarəti qətimkan tədbiri seçilən F. Hüseynzadə fərdi sahibkardır, Sədərək Ticarət Mərkəzində corab satışı ilə məşğul olub.

Dövlət ittihamçısı Ziya Mansurov təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbirinin dəyişdirilməməsi və cinayət işinin məhkəmə baxışına verilməsini təklif edib. Hakim müşavirədən qayıtdıqdan sonra qərarı elan edib və məhkəmə prosesinin ilkin baxış iclası dekabr ayının 4-nə təyin edilib.

İttiham aktına görə, Firdovsi Hüseynzadə xaricdən qeyri-qanuni yolla topdan corab gətirmək istəyib və bununla əlaqədar müəyyən şəxslərlə danışıqlara gedib. Ancaq niyyətinə çata bilməyib və istintaq orqanı tərəfindən cinayətin üstü açılıb.

Seymur Əli

Chosen
2
17
unikal.az

10Sources