EN

Bayden ona məktub yazdı: təcili kömək istədi

ABŞ prezidenti Co Bayden sentyabrın 26-da Florida ştatının şimal-qərb sahillərinə təsir edən Helene və Milton qasırğalarına görə təcili əlavə büdcə tələb edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib.

Belə ki, Bayden məsələ ilə bağlı Nümayəndələr Palatasının sədri respublikaçı Mayk Consona məktub yazıb.

O, məktubunda "Helene və Milton qasırğalarına və digər təbii fəlakətlərə sürətli reaksiya vermək üçün Konqresdən təcili əlavə maliyyə tələb edirəm" yazıb.

Qasırğalardan təsirlənən Florida, Corciya, Şimali Karolina və Cənubi Karolina ştatlarında ailələr, iş adamları və səlahiyyətlilərlə görüşdüyünü ifadə edən Bayden, daha əvvəl də böyük qasırğalardan sonra büdcənin təmin edildiyinə diqqət çəkərək, Konqresi təcili hərəkətə keçməyə çağırıb.

ABŞ mətbuatının yazdığına görə, Baydenin Konqresdən tələb etdiyi təcili əlavə büdcə təxminən 100 milyard dollara bərabərdir.

Milli.Az

Chosen
31
3
milli.az

5Sources