EN

Putin ölümcül silahını işə salır - Ukraynanı qaranlığa qərq edəcək

Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər yanvarın 20-dək daha 5 irimiqyaslı raket hücumu həyata keçirə bilər.

Sitat.info xəbər verir ki, bu barədə Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Aleksandr Musienko deyib.

Ekspert Rusiyanın qitələrarası strateji ballistik raket RS-26 Rubej-i hücuma hazırlaması ilə bağlı məlumatı şərh edib. Musienko xatırladıb ki, Rusiyanın tammiqyaslı işğalı davam edir və ukraynalılar Rusiyanın raket terrorunun şahidi olurlar.

Onun fikrincə, Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl bütün imkanlardan istifadə edəcək:

"Bu baxımdan indi Rusiyanın yanvarın 20-dən əvvəl raket zərbələri endirməsi riskləri var. Əvvəlki hücumları təhlil edən ekspert daha çox 4-5 daha irimiqyaslı hücumların ola biləcəyini ehtimal edir.

O qeyd edib ki, əvvəllər hərbçilər və prezident belə risklərin artdığı və Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğu barədə xəbərdarlıq ediblər.

Seymur,

Sitat.info

Chosen
51
2
sitat.info

3Sources