EN

Putin ölümcül silahını işə salır - "Ukraynanı qaranlığa qərq edəcək"

Rusiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qədər yanvarın 20-dək daha 5 irimiqyaslı raket hücumu həyata keçirə bilər.

Sitat.info xəbər verir ki, bu barədə Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Aleksandr Musienko deyib.

Ekspert Rusiyanın qitələrarası strateji ballistik raket RS-26 Rubej-i hücuma hazırlaması ilə bağlı məlumatı şərh edib. 

"Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl bütün imkanlarını səfərbər edeəcək. Bu baxımdan indi Rusiyanın yanvarın 20-dən əvvəl raket zərbələri endirməsi riskləri var.  4-5 daha irimiqyaslı hücumların ola biləcəyini düşünürəm.

O qeyd edib ki, əvvəllər hərbçilər və prezident belə risklərin artdığı və Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğu barədə xəbərdarlıq ediblər.

Seymur,

Sitat.info

Chosen
15
2
sitat.info

3Sources