EN

Çinlə Orta Dəhlizdə konteyner qatarlarının sayını ildə 600 ədədə çatdırmaq barədə razılıq əldə olunub

Çinlə Orta Dəhliz üzərindən göndərilən konteyner qatarlarının sayını ildə 600 ədədə çatdırmaq barədə razılıq əldə edilib.

Xəbər verilir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı və Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

"Biz əlavə yüklər cəlb edirik. Bu il Çin-Avropa-Çin marşrutları üzrə 27,6 min TEU konteyner daşınıb ki, bu 25 dəfə artım deməkdir", - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, bu kontekstdə 16 noyabr 2023-cü il tarixində Qazaxıstan, Azərbaycan və Gürcüstan Dəmir Yolu Administrasiyaları paritet əsaslarla "Middle Corridor Multimodal Limited" birgə müəssisəsini yaradıb: "Marşrutun mürəkkəbliyi onun multimodallığında və çoxsaylı sərhəd keçid məntəqələrindədir. Nəticədə Çindən Avropaya konteynerlə birbaşa daşımaların logistik prosesinin rəqəmsallaşdırılması vəzifəsi qarşıya qoyulub".


Chosen
13
9
azia.az

10Sources