EN

"Üzv dövlətlər milli infrastrukturun inkişafında irəliləyişlər əldə edib" TRASECA-nın Baş Katibi

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə (TRACECA) üzv dövlətlər milli infrastrukturun inkişafında nəzərəçarpacaq irəliləyişlər əldə edib.

“EDnews” xəbər verir ki, bunu TRACECA-nın baş katibi Asset Asavbayev COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

"Buna baxmayaraq, bu yolda səylərimizi uyğunlaşdırmalıyıq. Sərhəd infrastrukturumuzun imkanlarını və səmərəli tranziti asanlaşdırmaq üçün uyğunlaşdırılmalar aparılmalıdır. Bundan başqa, nəqliyyat sektorunda rəqəmsal əlaqə və elektron məlumat mübadiləsi təkmilləşdirilməlidir. Bu, bütün dəhliz dövlətlərinin prioriteti olmalıdır" - deyə o qeyd edib.

Baş katibin sözlərinə görə, ötən ay Azərbaycan və Gürcüstanın 8 İT sistemi arasında inteqrasiyaya nail olunub: "Hazırda biz Türkiyə və Gürcüstanın İT sistemlərinin inteqrasiyası üzərində fəal işləyirik. Hər bir ölkə daxilində müxtəlif maraqlı tərəflər arasında rahat ünsiyyəti təmin etməliyik. Rəqəmsal əlaqə nəqliyyat sistemlərimizə artan təzyiqləri azaltmaq üçün çox vacibdir".

Chosen
19
1
ednews.net

10Sources